“Simurq” Peşəkar Futbol Klubu heyətini gücləndirməkdə davam edir. Komandamız daha iki legioner futbolçunun keçidini həll edib. Sarı-qaralar serbiyalı Mario Boziç və xorvatiyalı Zdravko Popoviçlə mövsümün sonuna qədər rəsmi müqavilə bağlayıb.
29 yaşlı yarımmüdafiəçi Mario “Simurq”un heyətində 25 nömrəli formanı geyinəcək. 28 yaşlı hücumçu Zdravko isə 10 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, hər iki futbolçu artıq komanda ilə məşqlərə qatılıb. Baş məşqçi Georgi Çixradze “Turan”la keçiriləcək qarşılaşmada onlara şans verəcəyi halda meydana daxil ola biləcəklər.
| Oyunçu | Komanda | Qol | |
| 1 | Nikolas Kanales | 26 | |
| 2 | Junior Nildo | 21 | |
| 3 | Juan Manuel Varea | 14 | |
| 4 | Riçard Almeyda | 13 | |
| 5 | Salif Ballo | 12 | |
| 6 | Pərdis Fərcad Azad | 9 | |
| 7 | Zohair Benouahi | 8 | |
| 8 | Yuri Fomenko | 8 |